Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Niyazi Bayramov Elşən Hüseynovla görüşüb

19 yanvar 2026 | 18:11

Gənclər və idman naziri Fərid Qayıbovun müvafiq əmri ilə Hüseynov Elşən Kamal oğlu Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinə rəis təyin olunub.   Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Elşən Hüseynovla görüşüb.

Görüş zamanı Gəncə şəhərində gənclər və idman sahəsində həyata keçirilən layihə və tədbirlərdən bəhs olunub. Niyazi Bayramov Elşən Hüseynova müvafiq tapşırıq və tövsiyələrini verərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Elşən Hüseynov bundan əvvəl Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik tərbiyəsi sektorunun müdiri vəzifəsində çalışıb.

 

Keçidlər