Niyazi Bayramov Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin yeni təyin olunmuş rəisi ilə görüşüb
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Ramin Orucov Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.
Bununla bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov polkovnik-leytenant Ramin Orucovla görüşüb. Şəhər rəhbəri onu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, xidməti fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Ramin Orucov bu təyinatadək Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb. Gəncə Regional Mərkəzinin əvvəlki rəisi, polkovnik Rövşən Nəbiyev isə FHN-in Şimal-qərb Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.






