Niyazi Bayramov FHN-nin Gəncə Regional Mərkəzinin yeni təyin olunmuş rəisi ilə görüşüb
05 aprel 2024 | 09:58
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi Kənan Aşurov vəzifəsindən azad edilərək nazirliyin Baş idarəsində yeni vəzifəyə təyin olunub. Digər əmrlə isə FHN-in Şimal-Qərb Rəgional Mərkəzinin rəisi Elnur Məhərrəmov vəzifəsindən azad olunaraq Gəncə Regional Mərkəzinin rəisi təyin edilib. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov Kənan Aşurov və Elnur Məhərrəmovla görüşüb, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.