Niyazi Bayramov Gəncə Apellyasiya Məhkəməsinin yeni təyin olunmuş sədri ilə görüşüb
15 aprel 2024 | 17:37
Cari ilin 8 aprel tarixində Prezident İlham Əliyev "Bir sıra məhkəmələrin sədrlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında" Sərəncam imzalayıb. Sözügedən sərəncama əsasən Gəncə Apellyasiya Məhkəməsinə yeni sədr təyin olunub.
Bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Apellyasiya Məhkəməsinin yeni təyin olunmuş sədri Toğrul Əli ilə görüşüb. Şəhər rəhbəri Toğrul Əliyə işlərində müvəffəqiyyətlər və xidməti fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Toğrul Məhəmməd oğlu Əli bu təyinatadək Yevlax Rayon Məhkəməsinin sədri olub.