Niyazi Bayramov “Gəncə avtomobil zavodu” İstehsalat Birliyində olub
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə avtomobil zavodu” İstehsalat Birliyində olub, burada aparılan cari işlərlə yerində tanış olub. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və zavodun əməkdaşları iştirak ediblər.
Bildirilib ki, hazırda Gəncə avtomobil zavodunda İtaliyanın “SDF group” şirkəti ilə ikitərəfli əməkdaşlıq çərçivəsində trarktorların yığımı həyata keçirilir. O da qeyd olunub ki, keyfiyyəti ilə seçilən alman traktorlarına Azərbaycan bazarında tələbatın olduğunu nəzərə alaraq, “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi il ərzində ilkin mərhələdə 300-ə yaxın traktorun yığılmasını nəzərdə tutub.
Niyazi Bayramov görülən işlərlə yerində tanış olub, öz tövsiyələrini verib və zavodun fəaliyyətinə uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.