Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin yeni təyin olunmuş müdiri ilə görüşüb

31 oktyabr 2024 | 16:26

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə-Daşkəsən Regional Təhsil İdarəsin müdiri vəzifəsinə yeni təyin olunmuş Elçin Kərimovla görüşüb. Görüşdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin sabiq müdiri Anar Qədiməliyev də iştirak edib.

Görüşdə ölkədə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışılıb. Qeyd olunub ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Ölkə Prezidentinin təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər təhsil sahəsində yüksək inkişaf nəzərə çarpır. Gəncə şəhərində olan təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində də əhəmiyyətli işlər görülməkdədir.

Görüşün yekununda Niyazi Bayramov yeni təyinatı ilə bağlı Elçin Kərimovu və Anar Qədiməliyevi təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Xatırladaq ki, Elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı müvafiq əmrə əsasən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev tutduğu vəzifədən azad olunaraq  Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub. Kərimov Elçin Vaqif oğlu isə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə gətirilib. Qeyd edək ki, bundan əvvəl E.Kərimov 2022-ci ildən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri olub.

Keçidlər