Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Gəncə Dövlət Dram Teatrının Beynəlxalq festivalda iştirak edən üzvləri ilə görüşüb

02 dekabr 2023 | 11:45

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Dövlət Dram Teatrının İstanbulda V Maltəpə Beynəlxalq Teatr Festivalında  iştirak edən bir qrup yaradıcı heyəti ilə görüş keçirib.

Niyazi Bayramov teatrın əməkdaşlarını salamalayaraq bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən  ölkənin bütün bölgələrinə olduğu kimi, Gəncə şəhərinin də mədəniyyət sahəsinə böyük diqqət və qayğı göstərilir. O qeyd edib ki, Gəncə Dövlət Dram Teatrının yeni inşa edilmiş binası bu qayğının bariz nümunəsidir. Şəhər rəhbəri həmçinin, teatrın əməkdaşlarını beynəlxalq festivalda ölkəmizi uğurla təmsil etdikləri üçün təbrik edib və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Teatrın direktoru Aqil Bəhramlı səmimi görüş üçün  Niyazi Bayramova öz dərin təşəkkürünü bildirib. O,  qeyd edib ki,  Avrasiya Teatrlar Birliyinin təşkilatçılığı və Maltəpə Bələdiyyəsinin dəstəyi ilə V Maltəpə Beynəlxalq Teatr Festivalında Gəncə Dövlət Dram Teatrı rejissor Tural Mustafayevin quruluşunda E.İoneskonun “Kral ölür” tamaşası ilə uğurla çıxış edib. Kral Beranje rolunu oynayan Əməkdar artist Elxan Abbasov isə festivalın yekununda “Ən yaxşı kişi aktyoru” nominasiyasında mükafata layiq görülüb. Bununla yanaşı, teatr "Kral ölür" tamaşası ilə Türkiyənin Trabzon, Ankara, Amasya və Gürcüstanın Ozurqeti şəhərlərində də qastrol səfərlərində olub və müxtəlif mükafatlar alıb.

Görüşdə Gəncə Dövlət Dram Teatrının uğurlarından, gələcək fəaliyyətindən danışılıb və teatrın beynəlxalq festivallarda iştirakının davamlı olacağı qeyd olunub.

Sonda hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, festivalda nümayiş olunan “Kral ölür” tamaşasında əsas rolları Əməkdar artistlər Elxan Abbasov, İlham Hüseynov, Sevda Orucova, Kəmalə Məmmədova və aktyorlar Günay Cabbarova, Ruslan Hüseynov ifa ediblər. Teatrın direktoru Aqil Bəhramlı festivalın münsiflər heyətində yer alıb. Festival zamanı Avrasiya Teatrlar Birliyinin toplantısı da keçirilib. Toplantıda qurumun Azərbaycan üzrə təmsilçisi, teatrın aktyoru Yusif Cəfərov da iştirak edib.

 

Keçidlər