Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Gəncə Gömrük İdarəsinin yeni rəisi ilə görüşüb

13 iyul 2023 | 16:32

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinin rəisi vəzifəsinə yeni təyin olunmuş polkovnik Pərviz Qədirovla görüşüb.

Niyazi Bayramov qeyd edib ki, etibarlı gömrük xidməti hər zaman dövlətçiliyin mühüm və əhəmiyyətli amillərindən biri hesab olunur. Dövlətçilik təməlinin möhkəmləndirilməsində gömrük xidmətinin önəmli mövqeyə malik olduğunu bildirən şəhər rəhbəri, Pərviz Qədirova işlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Qədirov Pərviz Paşa oğlu 19 sentyabr 1984-cü ildə Bakı şəhərində doğulub. O, bundan əvvəl Dövlət Gömrük Komitəsi Sərhəddə Gömrük Prosedurlarının təşkili İdarəsinin rəisi vəzifəsində çalışıb.

Keçidlər