Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Gəncə Gömrük İdarəsinin yeni rəisi ilə görüşüb

15 noyabr 2024 | 17:47

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinin rəisi vəzifəsinə yeni təyin olunmuş Şamil Həsənli ilə görüşüb.
Niyazi Bayramov dövlətçilik təməlinin möhkəmləndirilməsində gömrük xidmətinin önəmli mövqeyə malik olduğunu bildirib. Şəhər rəhbəri etibarlı gömrük xidmətinin hər zaman dövlətçiliyin mühüm və əhəmiyyətli amillərindən biri hesab olunduğunu qeyd edərək, Şamil Həsənliyə xidməti fəaliyyətdində uğurlar arzulayıb.
Qeyd edək ki, Şamil Həsənli Vətən müharibəsi iştirakçısı olub. Füzuli, Hadrut, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonları ərazisində gedən döyüşlərdə iştirak edib. Bundan əvvəl o, Tovuz Gömrük İdarəsinin rəisi müavini vəzifəsində çalışıb.

Keçidlər