Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Gəncə Regional Mühafizə İdarəsinə yeni təyin olunmuş rəisi ilə görüşüb

10 fevral 2025 | 16:56

Polkovnik-leytenant Əsgərov Elçin Adil oğlu Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Gəncə Regional Mühafizə İdarəsinə rəis təyin edilib.  Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov idarə rəisi ilə görüşüb.

Baş Mühafizə İdarəsinin rəis müavini, polkovnik Daşqın Mehdiyev də iştrirak etdiyi görüşdə Prezident İlham Əliyev tərəfindən Daxili İşlər Nazirliyinin fəaliyyətinə göstərilən yüksək diqqət və qayğıdan bəhs olunub.

Sonda Niyazi Bayramov yeni təyinatı ilə bağlı Elçin Əsgərovu təbrik edib, ona xidməti fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Elçin Əsgərov daha əvvəl Tovuz Regional Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb.

Keçidlər