Niyazi Bayramov Gəncə Regional Turizm İdarəsinin rəisi ilə görüşüb
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Gəncə şəhəri də daxil olmaqla 8 regional idarəsi yaradılıb. Agentliyin müvafiq əmri ilə Zaur Adil oğlu Bayramov Gəncə Regional Turizm İdarəsinə rəis təyin olunub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov idarənin rəisi ilə görüşüb. Görüşdə Gəncənin turizm potensialı və bu sahədə həyata keçirilən tədbirlərdən söz açılıb, perspektivdə duran məsələlər müzakirə edilib.
Niyazi Bayramov Zaur Bayramova öz tapşırıq və tövsiyələrini verib, ona işlərində uğurlar arzulayıb.
Qeyd edək ki, yeni yaradılan Gəncə Regional Turizm İdarəsi Gəncə də daxil olmaqla 11 bölgəni əhatə edir.