Niyazi Bayramov Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi ilə görüşüb
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-in daxili xidmət mayoru Gəray Elxan oğlu Güliyev Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi təyin olunub. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəray Güliyevlə görüşüb.
FHN-nin Gəncə Regional mərkəzinin rəisi Elnur Məhərrəmovun da iştirak etdiyi görüşdə Prezident İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə göstəridiyi yüksək diqqət və qayğıdan bəhs olunub. Bildirilib ki, nazirliyin bütün qurumlarının texnika parkı dünyanın ən müasir maşın və mexanizmləri ilə təchiz olunub, maddi-texniki bazaları möhkəmlənib.
Yekunda Niyazi Bayramov yeni təyinatı ilə bağlı Gəray Güliyevi təbrik edib, ona xidməti fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Gəray Güliyev daha əvvəl Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışıb.