Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyəti başçısının sahə inzibati ərazi və qəsəbə inzibati ərazi dairə üzrə nümayəndəliklərini ziyarət edib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 aprel 2022-ci il tarixli Fərmanına əsasən, “Gəncə şəhəri Kəpəz və Nizami rayonlarının icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin sayı” cədvəlinin ləğvi ilə əlaqədar, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilən sahə inzibati ərazi və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərini ziyarət edib.
Şəhər rəhbəri nümayəndəliklərin iş fəaliyyəti və əmək şəraitləri ilə yerində tanış olub, onlara öz tapşırıqlarını verib.
Bununla yanaşı, Niyazi Bayramov Nizami və Kəpəz Bələdiyyələrinə də baş çəkib, burada əməkdaşlarla görüşüb, onlara öz tövsiyələrini verib və işlərində uğurlar arzulayıb.