Niyazi Bayramov Gəncə Şəhər Psixiatriya Xəstəxanasının yeni baş həkimi ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Şəhər Psixiatriya Xəstəxanasına yeni təyin olunmuş baş həkim Zeynal Məmmədov ilə görüşüb.
Görüş zamanı Niyazi Bayramov səhiyyə sahəsinin inkişafının önəmini qeyd edərək psixiatriya xidmətinin ümumi tibbi xidmətlər sisteminin ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb. O, Zeynal Məmmədova gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Zeynal Məmmədov Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Gəncə Psixiatriya Xəstəxanasına səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə baş həkim təyin olunub.
Zeynal Məmmədov 2002-ci ildən Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasında həkim-psixiatr və şöbə müdiri vəzifəsində çalışıb.






