Niyazi Bayramov Gəncə şəhər sakinləri ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə sakinlərlə səyyar görüş keçirib. N.Aydın adına 18 nömrəli tam orta məktəbdə keçirilən görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, həmçinin idarə və müəssisə rəhbərləri iştirak ediblər.
Görüşdən əvvəl Niyazi Bayramov və Bayram Aslanov təhsil müəssisənin şəhid məzunlarının əziz xatirəsinə həsr olunmuş löhvənin önünə tər çiçəklər düzüblər.
Daha sonra sakinlərin müraciətləri dinlənilib. Müraciətlər arasında işlə təminat, fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsi, maddi yardım və sair məsələlər üstünlük təşkil edib.
Dilə gətirilən əksər məsələlər yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq, qanuna uyğun formada aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər bundan sonra da davam etdiriləcəkdir.