Niyazi Bayramov “Gəncə” Voleybol Klubunun oyununu izləyib
05 mart 2026 | 17:39
“Gəncə” Voleybol Klubu qadın voleybolçular arasında keçirilən Azərbaycan Yüksək Liqasının növbəti oyununa çıxıb. Çempionatın XVI turu çərçivəsində Gəncə təmsilçisi UNEC Voleybol Klubunu qəbul edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Rövşən Oğuz Qrup” MMC-nin direktoru Hafiz Mustafayev, klubun prezidenti Elvar Osmanov və İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları ilə birgə oyunu izləyib.
Görüş “Gəncə” Voleybol Klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.






