Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Niyazi Bayramov Gəncəçayın məcrasında sel sularının yaratdığı fəsada yerində baxış keçirib

12 may 2025 | 17:54

Yaz mövsümündə yağan intensiv yağışlar nəticəsində Gəncəçayda suyun səviyyəsi kəskin şəkildə artıb, nəticədə sel sularının M.Bürcəliyev küçəsində yolun bir hissəsini yuyaraq sıradan çıxarıb və təhlükəli vəziyyət yaradıb.

Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov aidiyyəti qurum rəhbərləri ilə birgə M.Bürcəliyev küçəsində yaranmış təhlükəli vəziyyətə yerində baxış keçirib, aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.

Keçidlər