Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Niyazi Bayramov Gəncədə sakinlərlə növbəti səyyar görüş keçirib

15 aprel 2026 | 19:53

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 31 nömrəli tam orta ümumtəhsil məktəbində növbəti dəfə şəhər sakinləri ilə səyyar görüş keçirib.
Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Əvvəlcə rəsmilər məktəbin şəhid məzunlarının əziz xatirəsinə həsr olunmuş lövhəni ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Sakinlərin müraciətləri arasında işlə təminat, maddi yardım və digər məsələlər yer alıb. İcra başçısı qaldırılan problemlərin operativ həlli üçün müvafiq tapşırıqlar verib.
Bir çox məsələlər yerindəcə həllini tapıb, digərləri isə araşdırılaraq qanunvericiliyə uyğun şəkildə icra olunmaq üçün qeydiyyata götürülüb.
Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər