Niyazi Bayramov Gəncədə yeni inşa edilən zavodun tikinti işlərinin gedişatı ilə yerində tanış olub
Gəncədə orqanik gübrə istehsalı zavodu inşa edilir. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Aparatın məsul əməkdaşları ilə birgə "Azərbazalt" MMC-nin sifarişi ilə həyata keçirilən zavodun tikinti işləri ilə yerində tanış olub.
"Azərbazalt" MMC-nin təsisçisi Rafət Əliyev şəhər rəhbərinə məlumat verərək bildirib ki, müəssisədə hazırda, anbar, qonaq evi, inzibati və digər yardımçı binaların tikinti işləri həyata keçirilir. Zavodda Göygöl rayonunun 10,8 hektar ərazisi olan Çaykənd yatağından çıxarılan bazalt emal ediləcək. İstehsal edilən məhsul yerli fermerlərin, aqronomların idxaldan asıllığını azaldacaqdır. Həmçinin, gələcəkdə istehsal olunacaq məhsulun Avropa bazarına da ixracı nəzərdə tutulur.
Niyazi Bayramov orqanik gübrə istehsalı zavodunun tikintisi ilə tanış olub, öz tövsiyələrini verib və gələcək işlərdə uğurlar arzulayıb.