Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Niyazi Bayramov Gəncənin yeni hərbi prokuroru ilə görüşüb

21 avqust 2025 | 14:56

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə hərbi prokuroru vəzifəsinə yeni təyin olunmuş ədliyyə polkovniki Emin Vəliyevlə görüşüb.

Görüşdə Gəncə Şəhər Məhkəməsinin sədri Xəqani Tağıyev, Gəncə Hərbi Məhkəməsinin sədri Vüqar Məmmədov, Azərbaycan Respublikasının Hərbi Prokurorunun müavini, ədliyyə polkovniki Nihad Şıxəliyev və Gəncə Şəhər Prokuroru Rauf Gözəlov iştirak ediblər.

Söhbət zamanı qeyd olunub ki, orduda qanunun aliliyinin təmin edilməsi, hərbi qulluqçuların hüquqlarının qorunması və hərbi qurumlarda qanunçuluğa nəzarət ölkəmizdə yüksək səviyyədə həyata keçirilir. Bu baxımdan Hərbi Prokurorluğun fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.

Niyazi Bayramov ədliyyə polkovniki Emin Vəliyevi yeni təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, ədliyyə polkovniki Vəliyev Emin Səftər oğlu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin müvafiq əmri ilə Gəncə hərbi prokuroru təyin olunub. O, bundan əvvəl Tərtər hərbi prokuroru vəzifəsində çalışıb.

Keçidlər