Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov "Gənclərin Dostu" Fəxri Diplomu ilə mükafatlandırılıb

29 aprel 2022 | 18:45

 

"İslahatçı Gənclər" İctimai Birliyinin üzvləri" Dini radikalizm və ekstemizmə qarşı mübarizədə gənclərin rolunun artırılması" layihəsi çərçivəsində Gəncə şəhərinə səfər ediblər. Səfər çərçivəsində Birliyin üzvləri  şəhər rəhbəri ilə görüşüb.

Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov,  başçının birinci müavini Səməd Tomuyev, başçının müavini Adil Tağıyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazov, Birliyin sədr müavini, "http://Azxeber.com" Media Qrupunun rəhbəri Hacıbəy Heydərli, tanınmış politoloq Əhməd Şahidov iştirak ediblər.

Səmimi söhbət şəraitində keçən görüşdə Niyazi Bayramov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan gənclər siyasətindən, onlara göstərilən diqqət və qayğıdan bəhs edib. O qeyd edib ki, Prezident İlham Əliyevin gənclər siyasətinin mərkəzində bir əsas xətt dayanır ki, bu da Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsidir. 

Fərid Şahbazov gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirirərək, "İslahatçı Gənclər" İctimai Birliyi haqqında məlumat verib. O qeyd edib ki, Birliyin əsas məqsədi Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən islahatlar prosesində gənclərin fəal iştirakına kömək etmək, onların ölkəmizin bütün sahələrində sürətli inteqrasiyasına yardımçı olmaqdır.

Daha sonra "İslahatçı Gənclər" İctimai Birliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov gənclərin təşəbbüsünün dəstəklənməsinə və dövlət gənclər siyasətinin uğurla icrasına verdiyi dəstəyə görə, "Gənclərin Dostu" Milli Mükafatı Fəxri Diplomu ilə təltif edilib.

Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər