Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Gürcüstanın Gəncədəki Baş konsulu ilə görüşüb

14 sentyabr 2023 | 16:40

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə şəhərində diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar olaraq Gürcüstanın Gəncədəki Baş konsulu Nikoloz İaşvili ilə görüşüb. Görüşdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.

Niyazi Bayramov Nikoloz İaşvilini salamlayaraq onun diplomatik fəaliyyəti dövründə Gəncə şəhəri üçün göstərdiyi xidmətlərinin yüksək qiymətləndirildiyini qeyd edib. Şəhər rəhbəri konsula gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Nikoloz İaşvili, öz növbəsində, Niyazi Bayramova səmimi görüşə görə minnətdarlığını bildirib və Gəncədən xoş təəssüratlarla ayrıldığını vurğulayıb. O qeyd edib ki, bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı əməkdaşlıq münasibətləri mövcuddur və ölkələr arasındakı əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir. 

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

 

Keçidlər