Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Hacıkənd qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüş keçirib

01 iyun 2023 | 18:17

“Nizami Gəncəvi – sələflər və xələflər” parkında baş tutan görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, YAP Gəncə şəhər təşkilatının sədri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi şəkildə, keçirilən bu cür görüşlərin əsasında vətəndaş məmnunluğu dayanır.

Görüş zamanı sakinlər onları narahat edən məsələləri dilə gətirib, bir sıra təkliflərlə çıxış ediblər. Müraciətlər arasında işlə təminat, maddi yardım, torpaq sahəsinin ayrılması, internet xəttinin çəkilməsi kimi məsələlər üstünlük təşkil edib.

Səsləndirilən bir çox məsələ yerindəcə həllini tapıb. Bəzi müraciətlərlə bağlı aidiyyəti qurumların nümayəndələrinə, yerində baxış keçirməklə müvafiq araşdırma aparmaq və yaranmış problemləri həll etmək tapşırığı verilib.

Keçidlər