Niyazi Bayramov iGuzzini şirkətinin regional təmsilçisi ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iGuzzini şirkətinin regional təmsilçisi Manuel Markuz ilə görüşüb.
Görüş zamanı Gəncənin inkişaf perspektivləri, müasir şəhərsalma yanaşmaları, şəhər mühitinin estetik görünüşünün yaxşılaşdırılması və müasir işıqlandırma həllərinin tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Manuel Markuz təmsil etdiyi şirkətin fəaliyyəti və müasir işıqlandırma texnologiyaları barədə şəhər rəhbərinə məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Qeyd edək k, iGuzzini şirkəti şəhər məkanları, mədəniyyət obyektləri, iş və yaşayış sahələri üçün müasir daxili və xarici işıqlandırma sistemləri təqdim edir. iGuzzini beynəlxalq səviyyədə fəaliyyət göstərir və işıqlandırma həllərinin hazırlanmasında innovasiya, dizayn və dayanıqlılıq prinsiplərinə önəm verir.






