Niyazi Bayramov III MDB Oyunları ərəfəsində aparılan abadlıq işlərinə növbəti dəfə baxış keçirib
04 avqust 2025 | 15:55
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Bünyad Qasımovla birlikdə Gəncədə keçiriləcək III MDB Oyunları çərçivəsində aparılan abadlıq və quruculuq işlərinə yerində baxış keçiriblər.
Belə ki, şəhərin Gəncəçay Park-Bulvar Kompleksinə, Gəncə Şəhər Stadionunun ətrafına, Gəncə Ekoloji Park Kompleksinə, Xan Bağı və Nizami Parkına baş çəkilib. Burada həyata keçirilən genişmiqyaslı təmir-bərpa işlərinin gedişatı izlənilib və şəhər rəhbəri tərəfindən müvafiq tapşırıq və tövsiyələr verilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Gəncədə MDB Oyunlarına hazırlıq məqsədilə genişmiqyaslı təmir-tikinti və abadlıq işləri sürətlə davam etdirilir.






