Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Niyazi Bayramov III MDB Oyunları öncəsi Gəncə İdman Sarayında aparılan hazırlıq işləri ilə tanış olub

31 iyul 2025 | 15:28

Məlum olduğu kimi, 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində ölkəmizdə III MDB Oyunları keçiriləcək. Bir neçə bölgədə təşkil olunacaq oyunların əsas yarışları Gəncə şəhərində reallaşacaq. Bu məqsədlə şəhərdə geniş hazırlıq işləri aparılır. Hazırlıq işlərinin əsas məkanlarından biri də Gəncə İdman Sarayıdır.

Bununla əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov İdman Sarayında görülən işlərlə yerində tanış olub. Bildirilib ki, oyunlar öncəsi Saray tam hazır vəziyyətə gətirilib, gələcək qonaqlar, idmançılar, hakimlər və media nümayəndələri üçün müxtəlif təyinatlı zonalar ayrılıb. Eyni zamanda idman qurğuları, üzgüçülük hovuzları, tamaşaçı yerləri, mehmanxana və istirahət guşələri də istifadəyə verilməyə hazır vəziyyətə gətirilir.

Niyazi Bayramov görülən işlərlə yerində tanış olduqdan sonra müvafiq tapşırıq və tövsiyələrini verib.

 

Keçidlər