Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov "Kəpəz" Peşəkar Futbol Klubunun rəhbərliyi ilə görüşüb

06 iyul 2022 | 07:39

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov "Kəpəz" PFK-nın rəhbərliyini qəbul edib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, klubun Müşahidə Şurasının üzvü Həmid Nəsirov və icraçı direktor İlqar Nadiri iştirak ediblər.
"Kəpəz"in Premyer Liqaya çıxmasını Gəncə futbolunun adına müsbət məqam kimi dəyərləndirən Niyazi Bayramov, azarkeşlərin həmişə kluba böyük maraq göstərməsindən danışıb. Gəncə futbolunun köklü tarixindən, ənənəsindən bəhs edən Niyazi Bayramov şəhər stadionunun ərazisində salınan meydanlar və Gəncə Futbol Akademiyasının inşası ilə maraqlanıb. Vurğulayıb ki, şəraitin yaxşılaşması, akademiyanın fəaliyyətə başlaması uşaq futbolunun inkişafına əhəmiyyətli dərəcədə təkan verəcək. Şəhər rəhbəri "Kəpəz"in əvvəlki əzəmətini bərpa edərək, özünəməxsus ruhu geri qaytaracağına və yenidən azarkeşləri qələbələrlə sevindirəcəyinə inandığını bildirib. 
Həmid Nəsirov tamaşaçı sayında həmişə "Kəpəz"in ön sıralarında olduğunu vurğulayıb. O, klubun inkişafına dair aparılacaq işlərdən bəhs edib
İlqar Nadiri əsas komandanın gücləndirilməsi yönündə görülən işlərdən danışıb. Gəncə şəhər stadionunun vəziyyətinə toxunan klub rəsmisi arenanın tezliklə yenidən qurulucağına inamını ifadə edib. 
Görüşün sonunda Niyazi Bayramova "Kəpəz" PFK-nın forması və şərfi hədiyyə olunub.
Keçidlər