Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov kollektivi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib

30 dekabr 2023 | 14:42

Gəncə Şəhər İcra Hakimiyyətində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə toplantı keçirilib. Toplantıda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Aparatın məsul əməkdaşları iştirak ediblər.

Niyazi Bayramov kollektivi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib, onlara cansağlığı və işlərində uğurlar arzulayıb. O bilridib ki, Azərbaycan xalqının xilaskarı, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan 2023-cü il xalqımız və dövlətimiz üçün bir çox əlamətdar hadisələrlə yadda qalıb. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən cari ildə də surətlə davam etdirilib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torğaqlarımız işğaldan azad edilib, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi bərpa olunub.

Şəhər rəhbəri cari ildə Gəncə şəhərində həyata keçirilən infrastruktur layihələrindən və növbəti ildə icrası nəzərdə tutulan işlərdən danışıb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev çıxış edərək, Niyazi Bayramova və kollektivə xoş arzularını çatdırıb. O bildirib ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları növbəti ildə də üzərlərinə düşən vəzifə və öhdəliklərin məsuliyyətlə yerinə yetirilməsi üçün çalışacaqlar.

Sonda icra hakimiyyətinin kollektivi təbrik və xoş arzulara görə öz təşəkkürünü bildirib.

Keçidlər