Niyazi Bayramov kollektivin xanım əməkdaşlarını təbrik edib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Aparatın qadın əməkdaşlarını səmimi qəlbdən təbrik edib, onlara möhkəm cansağlığı və işlərində müvəffəqiyyətlər arzulayıb. O, Azərbaycan xanımlarının həmişə sədaqət, təmkin, ailəsinin qayğısına qalan, fədakar, nəcib qadın timsalında olduğunu söyləyib. Şəhər rəhbəri vurğulayıb ki, demokratik cəmiyyətin inkişafının təminatçısı olan qadınlar ölkənin dövlət idarəçiliyində, həmçinin mədəni, pedaqoji, elmi həyatında öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
Tədbirdə çıxış edən Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Gəncə şəhər komitəsinin sədri Mahmud Fərzəliyev də öz növbəsində xanımları təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar diləyib.
Çıxışlardan sonra DİİXİHİ Gəncə şəhər komitəsinin adından xanım əməkdaşlara hədiyyələr təqdim olunub.
Sonda xatirə şəkli çəkdirilib.