Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov lokal antiterror əməliyyatı zamanı xəsarət alan yaralı hərbçiləri ziyarət edib

07 oktyabr 2023 | 16:07

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda lokal antirerror əməliyyatında iştirak edən və xəsarət alan yaralı hərbçiləri evlərində ziyarət edib.
Görüş zamanı Niyazi Bayramov hərbçilərin sağlamlığı və müalicəsi, eyni zamanda ailələrinin qayğıları ilə maraqlanıb. Terrorçulara qarşı aparılan hərbi əməliyyatlarda göstərdikləri qəhrəmanlıqlara və şəxsi şücaətlərinə görə onları və ailə üzvlərini təbrik edib. Şəhər rəhbəri onu da bildirib ki, Azərbaycan Silahlı Qüvvələri cəmi 23 saat 43 dəqiqəyə terrorçulara ağ bayraq qaldırmağa məcbur etdi və lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələri cəmi bir gün ərzində yerinə yetirdi.
Görüş zamanı yaralı döyüşçülər öz təəssüratlarını bölüşüb. Həmçinin, müalicə və ailə üzvlərinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Keçidlər