Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Niyazi Bayramov Məhərrəmlik mərasimlərinin keçirilməsi ilə əlaqədar bir sıra tapşırıqlar verib

25 iyun 2025 | 21:19

Məlum olduğu kimi, Azərbaycanda Məhərrəm ayının 1-inin Miladi təqvimlə 2025-ci il iyun ayının 26-na təsadüf etməsi gözlənilir. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə Qərargah yaradılıb. Bu gün Qərargahın ilk iclası keçirilib.

İclasda Məhərrəm ayında, xüsusi ilə  “Tasua” və “Aşura” günlərində keçiriləcək mərasimlərlə bağlı bir sıra məsələlər müzakirə olunub. Toplantıda Qərargahın sədri, şəhər rəhbəri Niyazi Bayramov Qərargah üzvlərinə müvafiq tapşırıq və tövsiyələr edib. Məhərrəm ayı ilə bağlı bütün tədbirlərin Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına uyğun şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Keçidlər