Niyazi Bayramov Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət edib
28 iyul 2026 | 16:19
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun anası Dursun Qasımovanın vəfatının ildönümü ilə əlaqədar onun ailəsini ziyarət edib.
Şəhər rəhbəri Dursun Qasımovanın yaxınlarına başsağlığı verərək onlara səbir diləyib.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsinin iştirakçısı Natiq Qasımov Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Milli Qəhrəmanın anası Dursun Qasımova 2025-ci ildə 83 yaşında vəfat edib.






