Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov MKTİB-nin İxtisaslaşdırılmış Avtomobil parkı üçün alınan yeni texnikalara baxış keçirib

06 sentyabr 2023 | 09:59

Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin İxtisaslaşdırılmış Avtomobil parkına yeni texnikalar gətirilib. Belə ki, qurum müxtəlif təyinatlı daha bir neçə texnika alıb. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Heydər Əliyev Park-Xiyaban Kompleksində Zəfər Tağının önündə sözügedən texnikalara yerində baxış keçirib.  Tədbirdə YAP Gəncə şəhər təşkilatının sədri, ADAU-nun rektoru, QMİ-nin Qazılar Şurasının üzvü, bələdiyyə sədrləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, MKTİB-nin rəisi, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər sakinləri iştirak ediblər.  

Birliyin sədri Nurəhməd Əhmədov şəhər rəhbərinə məlumat verərək bildirib ki,  qurumun maddi texniki bazasını yüksəltmək məqsədilə 1 ədəd traktor, 2 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi, 1 ədəd tozsoran, 1 ədəd yollarda çizgi çəkən maşın, 2 ədəd kiçik qabaritli məişət tullantılarının daşınması üçün nəzərdə tutulan motoroller, 1 ədəd odun üyüdən aqreqat alınıb.

Niyazi Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin Gəncə şəhərinə göstərdiyi diqqət və qayğısı sayəsində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin maşın-mexanizm parkı hər il yenilənir. Şəhərin təmiz, səliqəli saxlanılmasında və digər işlərində MKTİB-nin texnikalarının əvəzsiz xidmətləri olduğunu vurğulayan şəhər rəhbəri öz tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, Gəncə şəhərində əhaliyə göstərilən xidmətlərin və şəhər təsərrüfatında görülən işlərin daha da təkmilləşdirilməsi məqsədilə ölkə başçısının müvafiq Sərəncamına əsasən 2019-cu ildə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına 57 müxtəlif təyinatlı yeni texnikalar verilib. Hazırda həmin texnikalar da MKTİB-nin tabeçiliyində olan şöbələr üzrə istismar olunmaqdadır.

Keçidlər