Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov müəllimlərin sertifikatlaşdırma prosesini izləyib

23 iyun 2023 | 12:50

Məlum olduğu kimi Azərbaycanda müəllimlərin sertifikatlaşdırma prosesinə start verilib. Ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan müəllimlər üçün də sertifikatlaşdırma prosesi keçirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov prosesi yaxından izləyib.

Bildirlib ki, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin qatıldığı sertifikatlaşdırma prosesi 3 gün davam edəcək. Prosesdə 1478 nəfər müəllim iştirak edir.
Niyazi Bayramov aparılan sertifikatlaşdırma prosesi ilə yaxından tanış olub, müəllimlərə tövsiyələrini verib və uğurlar arzulayıb.

Keçidlər