Niyazi Bayramov müharibə əlilini ziyarət edib
17 iyun 2025 | 14:53
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov aparatın məsul əməkdaşları ilə birgə Birinci Qarabağ müharibəsi iştirakçısı, müharibə əlili İsgəndərov Vidadi Xəlil oğlunu xəstəxanada ziyarət edib.
Şəhər rəhbəri Vidadi İsgəndərovla görüşərək onun səhhəti ilə maraqlanıb, vəziyyəti barədə ətraflı məlumat alıb və ona şəfa arzulayıb.
Bildirilib ki, Vidadi İsgəndərovun səhhəti hazırda stabildir və həkim nəzarəti altındadır.






