Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov ağır yanıq xəsarəti alan Gəncə sakinini xəstəxanada ziyarət edib

18 yanvar 2024 | 16:50

Gəncə şəhər sakini Əliyev Fərid Arzu oğlu ehtiyyatsızlıq zəmnində ağır yanıq xəsarəti alıb. Bununla əlaqədar olaraq, o, A.Səhhət adına xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə aparılıb, ilkin tibbi yardım göstərildikdən sonra xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Fərid Əliyevi ziyarət edib, onun səhhəti ilə maraqlanıb. Şəhər rəhbərinə məlumat verilib ki, xəstə üz nahiyyəsindən, gövdəsindən, o cümlədən hər iki aşağı, yuxarı ətrafından II-III dərəcə yanıq xəsarəti alıb. Vəziyyəti ağır olaraq dəyərləndirilir.

Niyazi Bayramov Fərid Əliyevə şəfa diləyib, onun müalicəsi ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verib.

Keçidlər