Niyazi Bayramov Nizami parkına baxış keçirib, sakinlərlə səmimi söhbət edib
16 aprel 2026 | 15:07
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Nizami kinoteatrının qarşısında yerləşən, dahi şairin adını daşıyan parkda olub. Şəhər rəhbəri parkda yaradılan şəraitə baxış keçirib, ərazidə istirahət edən sakinlərlə görüşüb.
Çay süfrəsi ətarfında səmimi söhbət edən icra başçısı onların təkliflərini dinləyib, gündəlik qayğıları ilə maraqlanıb, səsləndirilən məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib.
Şəhər sakinləri isə öz növbələrində Gəncədə aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərini yüksək qiymətləndirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.






