Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov növbəti dəfə sakinlərin müraciətlərini dinləyib

17 avqust 2023 | 20:35

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə səyyar görüş keçirib. Budəfəki səyyar görüş şəhərin 1-ci mikrorayon ərazisində salınan “Abad məhəllə”də baş tutub. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri,  idarə və müəssisə rəhbərləri iştirak ediblər.
Niyazi Bayramov vətəndaşları salamlayaraq, bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq daim sakinlərlə səyyar görüşlər keçirilir, onları narahat edən məsələlərin həlli istiqamətində işlər aparılır. Niyazi Bayramov onu da qeyd edib ki, ölkə rəhbərliyinin Gəncəyə olan diqqət və qayğısı nəticəsində son illər şəhərin sosial-iqtisadi həyatında inkişaf müşahidə olunur, bir sıra layihələr həyata keçirilir. Belə layihələrdən biri də şəhərin müəyyən ərazilərində, o cümlədən 1-ci mikrorayonda salınan “Abad məhəllə”dir.
Burada yaşayan sakinlər görülən işlərə görə razılıqlarını bildirib, bir sıra təkliflərlə çıxış ediblər. Müraciətlər arasında maddi yardımın göstərilməsi, işlə təminat və digər məsələlər də yer alıb.
Sakinlərin müraciətlərini dinləyən Niyazi Bayramov, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib, bir çox müraciət yerindəcə öz həllini tapıb.

Keçidlər