Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov növbəti dəfə sakinlərlə görüşüb

15 fevral 2024 | 17:05

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə şəhər 26 nömrəli tam orta məktəbdə növbəti dəfə sakinlərlə görüşüb. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri iştirak ediblər.

Görüş zamanı sakinlərin müraciətləri tək-tək dinlənilib. Müraciətlər əsasən işlə təminat, müalicə, mənzil növbəliliyi, maddi yardımın göstərilməsi və digər məsələlərdən ibarət olub.

Niyazi Bayramov sakinlərin səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib, bir çox məsələlər yerindəcə öz həllini tapıb. Digər səsləndirilən müraciətlər isə araşdırılaraq, qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülüb.

Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlər mütəmadi olaraq keçirilir.

Keçidlər