Niyazi Bayramov növbəti dəfə şəhərdə aparılan təmir-tikinti işlərinin gedişatı ilə yerində tanış olub
10 iyun 2025 | 18:28
MDB Oyunları ilə əlaqədar Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Gəncə şəhərində genişmiqyaslı təmir-tikinti və abadlıq işləri davam etdirilir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov yenidən tikilən şəhər stadionunun ətrafına, Xan Bağına və “Nizami Parkı” adlanan əraziyə baş çəkərək aparılan genişmiqyaslı təmir-bərpa işləri ilə yerində tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, III MDB İdman Oyunları 28 sentyabr – 8 oktyabr tarixləri arasında Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək.






