Niyazi Bayramov növbəti dəfə səyyar qəbul keçirib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun sakinlərlə görüşü S.Vurğun adına 41 nömrəli tam orta məktəbdə baş tutub. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Görüşdən əvvəl təhsil müəssisəsinin şəhid məzunlarının xatirəsinə yaradılan güşə ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Daha sonra sakinlərin müraciətləri tək-tək dinlənilib. Müraciətlər əsasən işlə təminat, müalicə, mənzil növbəliliyi, maddi yardımın göstərilməsi və digər məsələlərdən ibarət olub.
Niyazi Bayramov sakinlərin səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib, bir çox məsələlər yerindəcə öz həllini tapıb. Digərləri isə araşdırılaraq, qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülüb.
Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlər mütəmadi olaraq keçirilir.