Niyazi Bayramov növbəti dəfə Türkiyənin Gəncədəki Baş Konsulluğunda olub
13 fevral 2023 | 16:46
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Millət vəkili Müşfiq Cəfərov Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztopla görüşüblər.
Görüşdə Niyazi Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qardaş ölkəyə hərtərəfli yardımın göstərilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrdən bəhs edib. Eyni zamanda, Gəncə şəhərindən də Türkiyə Respublikasının zəlzələdən zərər görmüş ərazilərinə göndərilən humanitar yardımlar barədə məlumat verib.
Qeyd edək ki, Türkiyənin cənub-şərq bölgəsində 7.6 və 7.7 bal gücündə baş vermiş zəlzələ nəticəsində on minlərlə insan həlak olub və xəsarət alıb. Dağıntı altında qalanların axtarış-xilasetmə işləri davam edir.