Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb

27 dekabr 2022 | 16:52

Ölkə başçısının müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncədə şəhər rəhbərliyi tərəfindən sakinlərlə mütəmadi görüşlər təşkil olunur, onların şikayət və təklifləri dinlənilir. 
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb, onları narahat edən məsələlərlə maraqlanıb. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
"Açıq mikrofon" şəraitində keçən görüşdə iştirak edən vətəndaşların şikayət və təklifləri tək-tək dinlənilib. Müraciətlər arasında maddi yardımın göstərilməsi, fərdi yaşayış evinin təmiri, müalicə üçün göndərişin verilməsi, işlə təminat və digər məsələlər üstünlük təşkil edib. 
Səsləndirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq qanunamüvafiq qaydada həlli istiqamətində müəyyən tapşırıqlar verilib.

Keçidlər