Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Niyazi Bayramov növbəti vətəndaş qəbulu keçirib

25 noyabr 2026 | 17:49

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə şəhər sakinləri ilə növbəti səyyar qəbul keçirib.

Qəbulda Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Səyyar qəbul zamanı sakinlər tərəfindən işlə təminat, maddi yardım və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.

Niyazi Bayramov qaldırılan məsələlərin operativ şəkildə araşdırılması və həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməsi üçün qeydiyyata götürülüb.

Sakinlər göstərilən diqqət və qayğıya görə  Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər