Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov peşəkar jurnalist, yazıçı Qalib Rəhimli ilə görüşüb

15 noyabr 2023 | 12:00

Gəncənin ziyalılarından olan, ömrünü peşəkar jurnalist fəaliyyətinə həsr edən, yazıçı Qalib Rəhimlinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi  “Dedim bəlkə sözüm qala...” adlı kitabı işıq üzü görüb. Bu münasibətlə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Qalib Rəhimli ilə görüşüb, kitabı ilə tanış olub.

Qalib Rəhimli şəhər rəhbərinə onun yaradıcılığına göstərdiyi diqqət üçün təşəkkürünü bildirib və əsəri barədə məlumat verib. Qeyd edib ki, kitab yaradıcı ömrünün ehtiva elədiyi ədəbi-publisist düşüncələrinin bir hissəsidir. Kitab müxtəlif sahələrdə dövlətinə, elinə xidmət edən ləyaqətli insanlardan bəhs edir, həmçinin ədəbiyyat və poeziya sevdası ilə dolu olan çox sayda yazılardan ibarətdir.

Niyazi Bayramov Qalib Rəhimliyə ömrünü Gəncə şəhərinin ictimai-mədəni həyatına həsr etdiyi üçün təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər