Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Niyazi Bayramov Qədir Həsənovla görüşüb

12 yanvar 2026 | 16:39

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun imzaladığı əmrə əsasən, Qədir Samir oğlu Həsənov Qərb Regionu Enerji Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Qədir Həsənovla görüşüb. Görüşdə ölkə başçısının uğurlu siyasəti nəticəsində enerji sahəsində əldə olunan inkişafdan bəhs olunub.

Sonda Niyazi Bayramov Qədir Həsənovu yeni təyinatı münasibətilə təbrik edib, ona tövsiyələrini verib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Qədir Həsənov bundan əvvəl “Azərişıq” ASC-nin Mərkəzi Aran Regionu Enerji Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsində çalışıb.

 

Keçidlər