Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Qərbi Azərbaycan İcmasının Gəncə üzrə yeni təyin olunmuş nümayəndəsi ilə görüşüb

07 sentyabr 2023 | 19:20

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Qərbi Azərbaycan İcmasının müvafiq əmri ilə Gəncə şəhəri üzrə yeni təyin olunmuş nümayəndəsi professor Mübariz Yusifovla görüşüb. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.
Niyazi Bayramov bildirib ki, Qərbi Azərbaycan İcması soydaşlarımızın hüquqlarını müdafiə edən leqal təmsilçi kimi onların öz yurd-yuvalarına qayıtmaları istiqamətində beynəlxalq miqyasda uğurlu fəaliyyət göstərir. Şəhər rəhbəri onu da qeyd edib ki, hazırda “Qərbi Azərbaycan TV” adı altında internet televiziya kanalı yayımlanır ki, burada Qərbi Azərbaycan həqiqətlərinin təbliğinə geniş yer ayrılıb. İcmanın Gəncə şəhəri üzrə yaranan nümayəndəliyinə müvafiq dəstək göstəriləcəyini vurğulayan Niyazi Bayramov professor Mübariz Yusifova işlərində uğurlar arzulayıb.
Mübariz Yusifov öz növbəsində görüş üçün şəhər rəhbərinə təşəkkürünü bildirib. O qeyd edib ki, İcmanın yerli nümayəndəsi kimi şəhərdə yaşayan Qərbi azərbaycanlılar arasında qayıdış hüququnun təşviqi və onların adət-ənənələrinin, folklorunun, mədəni dəyərlərinin təbliği istiqamətində yerli səviyyədə fəaliyyət həyata keçirəcək.
Qeyd edək ki, Qərbi Azərbaycan İcması — Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaq üçün yaradılan birlikdir.

Keçidlər