Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Ramil Qasımovla görüşüb

27 noyabr 2023 | 12:20

Məlum olduğu kimi, Əməkdar artist, opera müğənnisi, dirijor Ramil Qasımov Mədəniyyət nazirinin müvafiq əmri ilə F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasına direktor təyin edilib. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov onunla görüşüb. Niyazi Bayramov ölkə rəhbərinin Gəncə şəhərinin bütün sahələrinə olduğu kimi, mədəniyyət sahəsinə olan diqqət və qayğısından bəhs edib və Ramil Qasımovu yeni təyinatı münasibətilə təbrik edərək, bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Əməkdar artist öz növbəsində Niyazi Bayramova səmimi görüş üçün təşəkkürünü bildirib və Gəncənin mədəni mühitinin inkişafında öz töhvəsini əsirgəməyəcəyini bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Ramil Qasımov 2015-ci ildən Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının direktoru olub. 2020–2022-ci illərdə isə Heydər Əliyev Sarayının direktoru vəzifəsində çalışıb.

Keçidlər