Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Niyazi Bayramov Recep Öztopa başsağlığı verib

12 noyabr 2025 | 15:04

Məlum olduğu kimi, ötən gün ölkəmizdən Türkiyəyə istiqamətlənən, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi-nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Nəticədə təyyarənin göyərtəsində olan 20 nəfərlik ekipaj üzvünün hamısı həlak olub.

Hadisə ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztopla görüşüb. Şəhər rəhbəri hərbi qulluqçuların həlak olması ilə bağlı dərin hüznlə başsağlığı verib, onların ailələrinə və yaxınlarına səbir diləyib.

Recep Öztop göstərilən diqqət və dəstəyə görə minnətdarlığını ifadə edib.

Keçidlər