Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov sakinlərin müraciətlərini dinləyib

01 avqust 2023 | 19:23

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib. Budəfəki səyyar görüş şəhərin Məhsəti küçəsində baş tutub. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, idarə, müəssisə rəhbərləri və bələdiyyə sədrləri iştirak ediblər.

Niyazi Bayramov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi qaydada sakinlərlə görüşlər keçirilir. Şəhər rəhbəri Gəncə şəhərində icra olunan infrastruktur layihələri barədə sakinlərə məlumat verib.

Bildirilib ki, Gəncənin Məhsəti və ona paralel olan küçələrində “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində işlər yekunlaşıb. Yaxın günlərdə burada avtomobil yollarının və piyada səkilərinin asfaltlanmasına başlanılacaq.

Burada yaşayan sakinlər görülən işlərə görə razılıqlarını bildirib, bir sıra təkliflərlə çıxış ediblər. Müraciətlər arasında maddi yardımın göstərilməsi, işlə təminat və digər məsələlər də yer alıb.

Sakinlərin müraciətlərini dinləyən Niyazi Bayramov, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib, bir çox müraciət yerindəcə öz həllini tapıb.

Keçidlər